Mərkəzi Afrika Respublikasında silahlı qruplaşmalarla sülh müqaviləsi imzalanıb

Mərkəzi Afrika Respublikasının prezidenti Tuadera Fosten-Arkanj və silahlı qruplaşmaların nümayəndələri uzun illərdir ölkədə davam edən münaqişəyə son qoymağa yönəlmiş sülh sazişinə imza atıb.

Bu barədə Sülh və Təhlükəsizlik Məsələləri üzrə Afrika İttifaqının komissarı Smail Şerqiyə istinadən RİA "Novosti" məlumat yayıb.

"Hər şey bitdi. Biz Banqidə ona (sazişə) imza atdıq", - deyə Şerqi bildirib.

Daha əvvəl Mərkəzi Afrika Respublikasında altı illik müharibənin başa çatdığı elan olunub.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31