Taliban ABŞ-ı qoşunlarını tezliklə Əfqanıstandan çıxarmağa çağırıb
7 Fevral 2019 11:29 DünyaAmerika qoşunlarının Əfqanıstandannə zaman çıxarılması barədə qərar hələ ki, yoxdur.
Bunu Əfqanıstanla bağlı Moskvada aparılan danışıqlarda taliblərin nümayəndə heyətinin rəhbəri Şer Məhəmməd Abbas Stanikzaydeyib.
"Amerika qoşunları mümkün qədər tez getməlidirlər, [qoşunların çıxarılma] vaxtı hələ müəyyən olunmayıb, razılaşma yoxdur, danışıqlar aparırıq", - deyə Stanikzay jurnalistlərə bildirib.
ABŞ və "Taliban" xarici qoşunların Əfqanıstandan çıxarılması ilə bağlı layihəni razılaşdırıb.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31