Trampın çıxışından sonra ABŞ-ın əsas fond indeksləri azalıb

ABŞ-ın əsas fond indeksləri çərşənbə günü ölkə prezidenti Donald Trampın ötən gün Konqresdəki çıxışı fonunda azalıb.

Bu, hərracların sonunda məlum olub.

Hərraclar zamanı "Dow Jones" sənaye indeksi 0,08% azalaraq 25390,30 bənd, yüksək texnologiya şirkəti NASDAQ-ın indeksləri 0,36% azalaraq 7375,28 bənd, "S&P 500" geniş bazar indeksi 0,22% azalaraq 2731,61 bəndə bərabər olub.

Çərşənbə axşamı Tramp Konqresə illik müraciətlə çıxış edərək, Meksika ilə sərhəddə divarın tikintisinə nail olacağını bildirib.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31