ABŞ-da naməlum şəxs universitetin həyətində atəş açıb
7 Fevral 2019 11:22 DünyaABŞ-ın Vaşinqton ştatının Ellensburq şəhərindəki Mərkəzi Vaşinqton Universitetinin həyətində bir nəfər silahlı şəxs qarşısına çıxanlara atəş açıb.
Ali məktəbin həyətində ikinci silahlı şəxsin olduğu da bildirilib.
Lakin bu məlumat hələ təsdiqlənməyib.
Silahlı hücum nəticəsində ölən və yaralanan olmayıb.
Polis əməkdaşları hadisə yerində axtarış-əməliyyat tədbiri keçirib. Hadisənin səbəbi məlum deyil.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31