7 aylıq hamilə olan Fahriye Evcen xəstəxanaya yerləşdirildi
6 Fevral 2019 17:43 Dünya7 aylıq hamilə olan Fahriye Evcen ötən gecə xəstəxanaya yerləşdirilib.
Həkim aktrisanı xəstəxanada saxlayıb. Onun müalicəsinin hələ də davam etdiyi bildirilib.
Evcenə nə olduğu hələ açıqlanmayıb.
Qeyd edək ki, Burak Özçivitlə ailəli olan Evcen övladı dünyaya gələnə qədər bütün iş təkliflərindən imtina edib. O, övladından pul qazanmaq üçün istifadə etməyəcəyini deyib.
Axşam.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31