“Sputnik” müsəlmanları təhqir etdi - Foto
6 Fevral 2019 17:40 DünyaRusiyanın məşhur "Sputnik" xəbər agentliyi islam dininə və müsəlmanlara qarşı hörmətsizlik nümayiş etdirib.
Agentliyin bu gün dərc olunan "Hollandiyanın ultrosağçı Azadlıq Partiyasının keçmiş üzvü islamı qəbul etdi" başlıqlı yazısında müsəlmanlara qarşı alçaldıcı bir fotodan istifadə olunub.
Qeyd edək ki, Hollandiyanın ultrasağ Azadlıq Partiyasının üzvü Yoram van Klaveren islam dini haqqında tənqidi kitab yazarkən müsəlman olub.
Əvvəllər Klaveren islamın sərt tənqidçisi sayılıb və onun "yalan" olduğunu deyirmiş.
"Mən həmişə islamın neqativ imicinin yaranması və formalaşması üçün çalışmışam. Lakin inamım onunla tanış olduğum zaman yenidən təzələnib", - deyə hollandiyalı siyasətçi qeyd edib.
Fotonu təqdim edirik:
axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31