Sorosun İrəvanla bağlı çağırışı gərginlik yaratdı
6 Fevral 2019 17:37 DünyaDavosda Corc Sorosla Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş baş tutmayıb.
Bu barədə "Aysor.am"ın sorğusuna cavab olaraq Ermənistan Nazirlər Kabinetindən bildirilib.
Sorosun Ermənistana səfəri ilə bağlı heç bir razılaşmanın olmadığı da deyilib.
Qeyd edək ki, bundan öncə Soros öz Tvitter səhifəsində Ermənistanla bağlı mesaj paylaşmış və ölkədə vətəndaş cəmiyyətinin dəstəklənməsini istəmişdi. Sorosun bu addımı Paşinyan hökumətinə müxalif olanların kəskin tənqidinə səbəb olmuşdu.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31