Avropa İttifaqı “Siemens” və “Alstom”un birləşməsinə razı deyil
6 Fevral 2019 17:08 DünyaAvropa İttifaqı (Aİ) Almaniyanın "Siemens" və Fransanın "Alstom" şirkətlərinin dəmir yolu vasitələri istehsal edən bölmələrinin birləşməsinə rədd cavabı verib.
Bu barədə Aİ-nin rəqabət komissarı Marqret Vestager məlumat verib.
O, iki şirkətin birləşməsi ilə dəmir yolu avadanlığının və yüksək sürətli qatarların bahalaşacağını, innovasiya tətbiqinin azalacağını qeyd edib.
"Şirkətlərin birləşməsi rəqabətlə bağlı ciddi problemlərə səbəb olacaq", - deyən komissar bu səpgidə narahatlığı aradan qaldıracaq təkliflərin şirkətlər tərəfindən irəli sürülmədiyini diqqətə çatdırıb.
Qeyd edək ki, "Siemens" və "Alstom" 2017-ci ilin sentyabr ayında öz dəmir yolu qurumlarını birləşdirəcəklərini açıqlamışdılar. Yeni qurumun illik dövriyyəsinin 15,3 milyard avro təşkil edə biləcəyi barədə proqnozlar verilirdi.
"Report"