Yaponiyanın İkinci Dünya müharibəsi zamanı batırılan gəmisi tapılıb
6 Fevral 2019 17:03 DünyaABŞ tədqiqat qrupu tərəfindən Salamon adaları yaxınlığında, təqribən 1000 metr dərinlikdə Yaponiyanın İmperator donanmasına məxsus "Hiey" xətt gəmisi aşkar edilib. Gəmi 1942-ci ildə Sakit okeanın cənubunda Quadalkanal uğrunda döyüşlər zamanı batırılıb.
Fevralın 6-da NHK telekanalı tədqiqatçılar tərəfindən gəminin tapıldığı ərazidə xüsusi avadanlıq vasitəsilə aparılan videoçəkilişləri nümayiş etdirib.
Videoyazıda gəminin yanı üstə düşdüyü, nəhəng vintləri və zenit toplarının lülələri aydın görünür.
"Hiey" linkoru 1914-cü ildə inşa edilib. Müasirləşdirmə məqsədilə aparılan dəyişikliklərdən sonra bu gəmi Pörl-Harbor uğrunda döyüşlərdə iştirak edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31