Abbas: "Putin Netanyahu ilə görüş təklifinə razıyam"
6 Fevral 2019 16:44 DünyaFələstinin rəhbəri Mahmud Abbas İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşməyə hazır olduğunu açıqlayıb.
Bu barədə RİA yazıb.
Mahmud Abbas istənilən an Netanyahu ilə görüşmək üçün Rusiya Prezidenti Vladimir Putinin bu ölkəyə səfər dəvətini qəbul etməyə hazır olduğunu bildirib. Abbas həmçinin Netanyahunun görüşməkdən yayındığını da qeyd edib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin hər iki lideri Moskvada keçirilən 2018-ci il futbol üzrə dünya çempionatının finalını izləməyə dəvət etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31