Ukrayna MDB-nin əlaqələndirmə qurumlarını tərk edib

Ukraynanın Belarusdakı səfiri İqor Kizim ölkəsinin MDB-nin əlaqələndirmə qurumlarından çıxması prosedurunun başa çatdığını açıqlayıb.

"Biz MDB-nin əlaqələndirmə qurumlarındakı iştirakımıza son qoymuşuq. Elə bilirəm ki, bu proses başa çatıb. Müvafiq sənədi təqdim etmişik, odur ki, məsələ bitdi", - səfir deyib.

Ukraynalı diplomat hazırda MDB çərçivəsində daha əvvəl imzaladıqları müqavilələrə xitam vermək üçün iş aparıldığını diqqətə çatdırıb.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31