Nazarbayev: "Bu, insanlıq qarşısında məsuliyyətimizdir"
6 Fevral 2019 15:40 DünyaYaxın və orta mənzilli raketlərin ləğvi haqqında razılaşmanın pozulması təhlükəsinə qarşı sülhün tərəfdarı olan ölkələr çıxmalıdırlar.
Bunu xarici ölkə səfirlərinin etimadnamələrinin qəbulu zamanı Qazaxıstan Prezidenti Nursultan Nazarbayev deyib.
"Biz bilirik ki, beynəlxalq münasibətlərdə kəskin dəyişikliklər var. Xüsusilə hər kəsi nüvə silahlarına malik ölkələrin toqquşması narahat edir. Bununla əlaqədar Yaxın və orta mənzilli raketlərin ləğvi razılaşmasının pozulması təhlükəsini qeyd etmək lazımdır. Sülh tərəfdarı kimi çıxış edən ölkələr bu qlobal fəlakətə qarşı müqavimət göstərməlidirlər. Bu bizim bütün insanlıq qarşısındakı tarixi məsuliyyətimizdir", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31