Taliban: ABŞ ordusunun yarısını çıxaracaq

ABŞ aprelin sonuna qədər Əfqanıstandan öz qoşunlarının yarısını çıxarmaq vədi verib.

Bunu Talibanın nümayəndəsi Moskvada jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, qoşunların Əfqanıstandan tam çıxarılması qrafiki ABŞ nümayəndələri ilə növbəti görüşlərdə müzakirə ediləcək.

Qeyd edək ki, ABŞ ordusu 2001-ci ildən Əfqanıstandadır. Prezident Tramp Talibanla aparılan danışıqların müsbət nəticə verəcəyi təqdirdə bu ölkədəki 14 minlik hərbi kontingentin 7 mininin çıxarılacağını açıqlayıb.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31