Türkiyə Qətərə “Fırtına” satacaq
6 Fevral 2019 15:30 DünyaTürkiyə Qətərə "Fırtına" haubitsaları satacaq.
Bu barədə Türkiyə mətbuatı yazıb.
Türk müdafiə sənayesi eksperti Turan Oğuzun sözlərinə görə, Türkiyənin 2018-ci ildə Ukraynaya 20 ədəd haubitsa mühərriki sifariş verməsi Qətərlə müqavilə çərçivəsində atılmış bir addım ola bilər. Lakin sifarişin 2022-ci il və daha sonra icrası halında Türkiyə Qətərə özünün istehsal etdiyi mühərriklə təchiz olunmuş "Fırtına" haubitsaları sata bilər. Belə ki, türk hökuməti artıq 1000 at gücündə mühərrikin hazırlanması istiqamətində işlərə başlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31