Kral ailəsindən oğurlanan tacı zibillikdə tapdılar
6 Fevral 2019 14:40 Dünyaİsveçdə 6 ay əvvəl muzeydən oğurlanan krallıq tacı və zinət əşyaları Stokholmdakı məhəllələrin birindəki zibillikdən tapılıb.
6.5 milyon avro qiyməti olan əşyaların saxta olub-olmadığı araşdırılacaq.
Tacın və zinət əşyalarının XVII əsrdə İsveç kralı olan IV Karl və həyat yoldaı Kristinaya aid olduğu bildirilib. Stokholm prokurorluğundan verilən açıqlamaya əsasən, oğurluq hadisəsindən həmən sonra saxlanılan 22 yaşlı gənc hələ də həbsdədir. Digər oğruların da həbsi üçün polis əməliyyatı davam edir.
Qeyd edək ki, Stokholmun 120 kilometrliyindəki "Strangas" kilsəsindəki muzeydən tac və zinət əşyaları avqust ayında oğurlanıb.


Ölkə.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31