Fransa Milli Assambleyası nümayişlərlə bağlı “dağıdıcılara qarşı” qanun qəbul edib

Fransanın Milli Assambleyasında "dağıdıcılara qarşı qanun" ilk oxunuşdan keçib.

Assambleyanın sessiyasında 553 deputatdan 387-si iştirak edib. Onlardan 92-si qanunun əleyhinə səs verib, 74-ü isə bitərəf qalıb. Fransa iqtidar partiyasının 50 üzvü səsvermədə bitərəf qalıb.

Bu qanunun nümayişlər zamanı zorakılığın qarşısını almaq və nümayişlərin fəallarını cəzalandırmaq üçün qəbul edildiyi bildirilir.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31