Bakının “Polonez” almasına Rusiyadan reaksiya
6 Fevral 2019 14:02 DünyaBelarusun Azərbaycana "Polonez" reaktiv sistemlərini tədarük etməsi Rusiyanı narahat etmir.
Bunu "Kommersant"a müsahibəsində Rusiya Hərbi Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin rəhbəri Dmitri Şuqayev deyib.
"Bəli, Azərbaycan bu gün təkcə bizimlə yox, digər tərəfdaşlarıyla, xüsusilə də belaruslarla əməkdaşlıq edir. Bu bizi narahat etmir. Birincisi, biz sağlam, normal rəqabətin tərəfdarıyıq, ikincisi isə hər iki ölkə MDB-yə üzvdür. Bu halda biz necə buna qarşı ola bilərik? Əgər Azərbyacan-Belarus hərbi texniki əməkdaşlığı sağlam məntiq çərçivəsində baş verirsə, biz heç kimə heç nəyi diktə edə bilmərik və bunu etməyə də hazırlaşmırıq", - deyə o bildirib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31