Ərdoğanın sözçüsündən Makrona sərt cavab – “Erməni soyqırımı siyasi yalandır”

Fransa prezidenti Emmanuel Makron 1915-ci il hadisələrinin ildönümü olan 24 apreli "Erməni soyqırımını anma günü" elan edib. Olaylar.az bildirir ki, sözügedən qərara Türkiyədən sərt reaksiya gəlib.

Fransa prezidenti Emmanuel Makron 1915-ci il hadisələrinin ildönümü olan 24 apreli "Erməni soyqırımını anma günü" elan edib. 

Olaylar.az bildirir ki, sözügedən qərara Türkiyədən sərt reaksiya gəlib.

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın qərarı şiddətlə qınadıqlarını bildirib: "Erməni soyqırımı iddiaları tarixi faktlara zidd olaraq heç bir qanuni əsası olmayan siyasi yalandır. Türkiyə baxımından heç bir hökmü yoxdur. 2005-ci ildə prezidentimiz Rəcəb Tayyib Ərdoğanın tarixi faktları izah edən Birgə Tarixi Komissiyanın yaradılması çağırışından qaçanlar tarixi hadisələri manipulyasiya etməyə çalışırlar. Keçmişimizi danaraq, tarixdən kin və nifrət yaradanlara, ədavətə səbəb olanlara heç vaxt fürsət verməyəcəyik. Heç kim Türkiyəni törətmədiyi bir cinayətə görə ittiham edə bilməz və tariximizə ləkə yaxa bilməz. Ölkəsində siyasi problemlər yaşayan cənab Makronu qəbul etdiyi qərara görə şiddətlə qınayırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31