Türkiyədə dərslər dayandırıldı - Qasırğa var
6 Fevral 2019 13:50 DünyaTürkiyənin cənub-qərbindəki Antalya vilayətində qasırğa ilə əlaqədar dərslər dayandırılıb.
Səhər saatlarından başlayaraq ölkənin cənub-qərbində güclü küləklər əsir.
Bildirilir ki, qeyri-sabit hava daha çox Antalyada müşahidə olunur. Qeyd olunur ki, bölgədə küləyin sürəti saatda 200 kilometrə çatır.
Hər hansı bir fəsad və ya itkilər barədə hələlik məlumat verilmir.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31