Avropadan ABŞ-a qarşı mövqe - Qüds problemi
6 Fevral 2019 12:53 DünyaABŞ-ın səfirliyi Təl Əvivdən Qüdsə köçürməsi və bu şəhəri İsrailin paytaxtı olaraq tanımasını qəbul etmirik.
Bu sözləri Avstriya Prezidenti Aleksandr van der Bellen Fələstin rəhbəri Mahmud Abbasla görüşündə deyib.
"Avstriya bu məsələdə bənzər addım atmayacaq. Ölkəmiz Fələstin məsələsində Avropa Birliyinin yürütdüyü siyasətə bağlıdır. Fələstin-Avstriya arasında səmimi əlaqələr mövcuddur. Ölkəmiz hər zaman Fələstini dəstəkləyir", - deyə dövlət başçısı qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31