İrandan İsrailə rəsmi xəbərdarlıq: Bir də hücum etsəniz...

Əgər İsrail İranın Suriyadakı obyektlərinə zərbə endirməyə davam etsə, bu, hərbi konfliktə səbəb olacaq.

Bunu jurnalistlərə açıqlamasında İran Ali Təhlükəsizlik Şurasının katibi Əli Şamxani deyib.

"Əgər hücumlar davam etsə, biz İsrailin cinayətkar və yalançı rəhbərlərinə dərs verəcəyik. Tehranın növbəti hücuma cavabı aqressiv və qətiyyətli olacaq", - deyə o bildirib.

Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31