Terrordan qaçan 35 uşaq hipotermiyadan ölüb
BMT, Suriyada dekabr ayından bəri terror təşkilatı DEAŞ-ın tabeliyində olan Dəyrizor şəhərinə yaxın Həccin bölgəsindən qaçan ən az 35 uşağın hipotermiyadan öldüyünü bildirib.
6 Fevral 2019 12:34 DünyaBMT, Suriyada dekabr ayından bəri terror təşkilatı DEAŞ-ın tabeliyində olan Dəyrizor şəhərinə yaxın Həccin bölgəsindən qaçan ən az 35 uşağın hipotermiyadan öldüyünü bildirib.
Olaylar.az bildirir ki, bu barədə BMT baş katibinin spikerliyindən açıqlama verilib.
Bildirilib ki, keçən ilin dekabr ayından bəri Həccindən 25 mindən çox adam qaçaraq Həsəkə şəhərində yerləşən El Hol düşərgəsinə sığınıb.
Açıqlamada dekabrdan bu yana ən az 35 uşağın Həccindən qaçış yolunda və yaxud düşərgəyə çatdığı zaman hipotermiyadan (insan bədənində temperaturun aşağı düşməsi nəticəsində yaran simptom) öldüyü qeyd olunub.