Pompeodan şok paylaşım: Bölünmüş Türkiyə
6 Fevral 2019 12:05 DünyaABŞ Dövlət katibi Mayk Pompeonun Tvitter hesabında etdiyi paylaşım Türkiyədə qəzəblə qarşılanıb.
Bu barədə "Yeni Akit" yazıb.
Pompeo Tvitter hesabında Venesuelada Xuan Quaidonun hakimiyyətini tanıyan ölkələrin xəritəsini paylaşıb. Xəritədə Quaidonu prezident kimi tanıyan ölkələr göy, digərləri isə rəngsiz göstərilib.
Lakin xəritəyə diqqətlə baxdıqda nəzərə çarpan bir məqam Türkiyə mətbuatının diqqətindən qaçmayıb. Belə ki, xəritədə Türkiyə ərazisi ikiyə bölünmüş şəkildə göstərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31