VIII əsrə aid İncilin Türkiyədən çıxarılmasının qarşısı alınıb

Türkiyə polisi Diyarbəkir əyalətinin Kayapınar rayonunda bir qrup qaçaqmalçını saxlayıb. Onların üzərinə baxış zamanı VIII əsrə aid olduğu ehtimal edilən Bibliyaaşkar edilərək götürülüb.

Saxlanılan 3 nəfər Bibliyanı satmaq məqsədi ilə ölkə xaricinə aparmaq istəyib.

Polis onların dindirilməsindən sonra unikal kitabın satışına cəhddə əli olan daha 3 nəfəri yaxalayıb.

Bildirilir ki, 1200 yaşı olan Bibliya dəri üzə və qızıl basmanaxışa malikdir.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31