Rusiya "S-400"ləri payıza qədər Türkiyəyə çatdırmaq niyyətindədir
6 Fevral 2019 11:26 DünyaRusiya 2019-cu ilin payızına qədər Türkiyəyə "S-400" hava hücumundan müdafiə sistemlərini çatdıracaq.
Bu barədə Rusiyanın Federal Hərbi-Texniki Əməkdaşlıq Xidmətinin direktoru Dmitri Şuqaev "Kommersant" qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, müqavilə həmçinin texnoloji əməkdaşlığı da əhatə edir.
Federal Xidmət direktoru deyib ki, Rusiya tərəfi texnikanın birgə işlənib hazırlanması çərçivəsində qarşı tərəfə maraqlı olan layihələr üzrə konkret həllər təklif etməyə hazırdır.
Qeyd edək ki, Türkiyə dörd "S-400" divizionu əldə edəcək, müqavilənin məbləği2,5 milyard dollar təşkil edir.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31