"Mən mavi deyiləm" - Ceksonun filmi təqdim edildi

Sosial şəbəkədə mərhum ulduz Maykl Cekson haqqında çəkilən sənədli film "Leaving Neverland"in videosu yayılıb. 
 

"Sandens" kinofestivalında təqdim olunan ekran işində Ceksonun müsahibələrindən, arxiv videolarından istifadə olunub. Ən çox müzakirə edilən hissə isə onun sənədli film üçün 1996-cı ildə Nyu-Yorkda çəkiliş edilən zaman pedofil olması haqda verilən sual və cavabı olub. 

Pop-musiqinin kralı yetkinlik yaşına çatmayan Cordan Çendler, Brett Barnson və "Evdə tək" filminin qəhrəmanı Makolee Kalkinə qarşı etdiyi seksual təcavüzlə bağlı suala münasibət bildirib. Vəkilinin məsləhəti ilə Cekson ilk olaraq sualdan imtina edir. Eyni zamanda isə o gülür, əli ilə üzünü gizlədir, narahat şəkildə stulda tərpənir. 

Sual-cavab zamanı Maykl bir neçə ifadə də işlədib. Özünü "qara adam" adlandıran müğənni dəri rəngini ağartmasından da imtina edib. Maykl eyni zamanda "Mən mavi deyiləm" sözlərini işlədib. 

İsus Hristosun uşaqlarla münasibətini xatırladan Cekson özünü onunla müqayisə edib. "İsus uşaqlarla mülayim olmağı, onlarla onlar kimi danışmağı məsləhət görür: gənc, günahsız, təmiz və düzgünlük. O, hər zaman ətrafına uşaqları yığırdı. Məni də belə böyüdüblər. Həyatım boyunca ona bənzəməyə çalışmışam" deyə, müğənni bildirib.

axsam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31