Danimarka “Huawei”nin 2 işçisini deportasiya etdi
5 Fevral 2019 18:49 DünyaKopenhagen polisi "Huawei" şirkətində yoxlanış aparıb.
Kopenhagen polisi verdiyi açıqlamada işləmə və yaşayış icazəsi qaydalarını pozan 4 nəfərdən 2-nin deportasiya edildiyini bildirib.
Polis deportasiya qərarlarının son aylarda "Huawei" ilə bağlı "təhlükəsizlik" və "casusluq" iddiaları ilə əlaqəli olmadığını vurğulayıb.
"Huawei"in milli telekomunikasiya şirkəti TDC ilə Danimarkanın 5G mobil infrastrukturunu qurmağa hazırlaşması ölkədəki siyasilər tərəfindən tez-tez tənqid edilir.
AzNews.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31