İçməli suya görə xəstəxanaya yerləşdirilənlərin sayı 600 oldu

Bucakda qusma və ishal şikayətləri ilə xəstəxanaya baş çəkənlərin sayı artmaqdadır. Belə ki, xəstəxanalara məlum səbəbdən müraciət edənlərin ümumi sayı 600 nəfərə çatıb.

İçməli suda epidemiya təhlükəsindən sonra şəhərin müxtəlif məhəllələrindəki evlərdən götürülən içməli su nümunələri araşdırılmaq üçün Burdur səhiyyə idarəsinə göndərilib. Şəhərdəki bütün içməli suların xlorlanması barədə göstəriş verilib. Bu səbəbdən içməli su şəbəkələri boşaldılacaq, qısa müddətdə içməli suyun verilməsində fasilə yaranacaq.

Bucak bələdiyyə vəkili Yalçın Sezgin məsələ ilə bağlı açıqlama verib.

"Hazırda problemin sudan qaynaqlandığı haqda bir şey deyə bilmərik. Tədbir məqsdi ilə işməli suları kəsdik. Müxtəlif məhəllələrdən nümunələr alınıb. 48 saat sonra səbəb məlum olacaq. Təxminən 45 min insanın yaşadığı bir şəhərdə 300 nəfərin xəstəxanaya müraciətini su ilə bağlamaq da düzgün deyil".

AzNews.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31