Poroşenko rusiyalı seçki müşahidəçilərini Ukraynaya buraxmayacaq
5 Fevral 2019 17:09 DünyaUkrayna dövlət başçısı Petro Poroşenko prezident seçkilərində ATƏT müşahidəçiləri tərkibində olan Rusiya vətəndaşlarının ölkəyə girişinə buraxılmamağına dair Dövlət Sərhəd Xidmətinə əmr verəcək.
Bu barədə o, "ICTV" telekanalının efirində çıxışı zamanı bildirib.
"Ukrayna xalqına zəmanət verirəm ki, Ali Baş Komandanın əmri icra ediləcək", - deyə Poroşenko söyləyib.
Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək.
Rusiya daha öncə bəyan edib ki, öz müşahidəçilərini Ukraynadakı seçkilərə göndərməyə hazırdır.(qafqazinfo.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31