ABC: Nyu-York Prokurorluğu Trampın inaqurasiyasının xərclərini araşdıracaq
5 Fevral 2019 11:49 DünyaABŞ-ın Nyu-Yorkun ştatının Prokurorluğu Birləşmiş Ştatların prezidenti Donald Trampın inaqurasiyasına çəkilən xərclər haqqında sənədləri tələb etmək niyyətindədir.
Bu haqda "ABC News" telekanalı bildirib.
Telekanalın məlumatına görə, bu yoxlama ilə prokurorluğunKorrupsiyaya qarşı Mübarizə üzrə Bölməsi məşğul olacaq.
Qeyd edilir ki, Trampın inaqurasiyası təxminən 104 milyon dollara başa gəlib. Sabiq prezident Barak Obamanın birinci inaqurasiyasının xərcləri bundan iki dəfə az olub.
Daha əvvəl ABŞ prezidenti Orta və Yaxın Mənzilli Raketlərin Ləğvinə dair Müqavilənin əvəzində yeni raket sazişi imzalamaq istədiyini bildirib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31