FES rəhbəri ABŞ Prezidentinin tənqidlərinə cavab verib
5 Fevral 2019 11:44 DünyaABŞ Federal Ehtiyat Sisteminin (FES) sədri Cerom Pauell Ağ evdə ABŞ Prezidenti Donald Trampla görüşüb.
Görüş zamanı C.Pauell FES-in qeyri-siyasi qərarlar qəbul etmək niyyətini açıqlayıb. O əlavə edib ki, FES pul-kredit siyasətini maksimum məşğulluq və sabit qiymətləri dəstəkləmək məqsədi ilə həyata keçirəcək.
Görüşdə həmçinin FES rəhbərinin müavini Riçard Klarida və ABŞ-ın maliyyə naziri Stiven Mnuçin iştirak ediblər.
ABŞ KİV-inin məlumatına görə, D.Tramp hazırda ABŞ Prezidenti olmağa keçmiş namizəd Herman Keynin FES rəhbərliyinə gətirilməsi məsələsini nəzərdən keçirir.
O, 2011-ci ildə prezidentlik yarışında iştirak edib, lakin iki qadına qarşı cinsi təcavüz ittihamları ilə əlaqədar kampaniyasını dayandırmaq məcburiyyətində qalıb.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31