Parisdə güclü yanğında ölənlərin sayı 7-yə çatıb, 28 yaralı var

Fransanın paytaxtı Parisin cənub-qərbində güclü yanğın olub.

Hadisə şəhərin 16-cı dairəsinin Erlanje küçəsindəki 8 mərtəbəli binada qeydə alınıb.

Gecə saatlarında baş vermiş yanğın nəticəsində ölənlərin sayı 7-yə çatıb, 28 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti son dərəcə ağırdır.

Ərazidə 200-ə yaxın yanğınsöndürən çalışır. Qonşu binaların sakinləri təxliyə olunub.

Hadisənin səbəbi hələ məlum deyil.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31