Suriya sənayesi terrorçulara görə 2 milyard dollar itirib

"Terrorçuların fəallliyətinə görə Suriyanın sənaye sektoruna dəymiş zərər 2018-ci il dekabrın 31-nə olan vəziyyətə görə, 2,36 milyard dollar təşkil edib".

Bu barədə Suriyanın sənaye naziriMəhəmməd Maan Cazbe RİA "Novosti"yə müsahibəsində deyib.

Onun sözlərinə görə, sənaye sektoru Suriya iqtisadiyyatının əsasını təşkil etdiyindən silahlı terror qruplaşmaları Suriyadakı həm özəl, həm də dövlət sənaye obyektlərini məhv ediblər: "Silahlılar qəsdən infrastrukturu, istehsal xəttlərini məhv ediblər, obyektləri qəsb ediblər və xeyli sayda texnikanı Türkiyəyə aparıblar".

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31