Hindistanda qırıcı təyyarə qəzaya uğrayıb, hər iki pilot ölüb - VİDEO

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus "Mirage 2000" çoxfunksiyalı qırıcı təyyarəsi Banqaluru şəhərindəki (Karnataka ştatı) "Hindustan Aeronautics Limited" (HAL) aviatikinti şirkətinin zavodunda modernizasiya olunduqdan sonra sınaq uçuşu keçirərkən qəzaya uğrayıb.

Təyyarə HAL-ın sınaq aerodromunun yaxınlığında qəzaya uğrayıb.

Göyərtədə olan hər iki pilot katapult etsə də, biri eniş zamanı, digəri xəstəxanada ölüb.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31