ABŞ-da anomal şaxtalardan ölənlərin sayı 20 nəfəri ötüb

ABŞ-ın orta qərbində müşahidə olunan şaxtalar nəticəsində azı 21 nəfər ölüb.

Bu barədə "Fox News" məlumat yayıb.

Bəzi insanlar küçələrdə və evlərində donublar, digərləri çovğunun səbəb olduğu qəzalar və bədbəxt hadisələr nəticəsində ölüb. Yüzlərlə insan soyuqdəymə və donvurma ilə xəstəxanalara müraciət edir.

Rokford şəhərində (İllinoys ştatı) termometrin göstəricisi rekord dərəcədə aşağı - mənfi 34 dərəcəyə düşüb. Çikaqo da meteoroloji müşahidələrin yüz illik tarixi ərzində minimum göstərici - mənfi 29 dərəcə qeydə alınıb. Viskonsin ştatının Medison şəhərində cümə axşamı tempratur -32 dərəcə olub.

Daha əvvəl ABŞ-da 12 nəfərin soyuq havanın qurbanı olduğu bildirilmişdi.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31