Türkiyə əhalisinin sayı 82 milyonu ötüb
1 Fevral 2019 11:53 DünyaTürkiyə əhalisinin sayı 82 milyon 3 min 882 nəfərə çatıb.
Bu barədə ölkənin Statistika Təşkilatının "Ünvana əsaslanan əhalinin qeydəalınması sistemi 2018-ci ilin yekunları" adlı hesabatında bildirilib.
Türkiyə əhalisinin sayı 2017-ci illə müqayisədə 2018-ci ildə 1 milyon 193 min 357 nəfər artıb.
Ölkədə kişilərin sayı 41 milyon 138 min 980 nəfər (50,2 faiz), qadınların sayı isə 40 milyon 863 min 902 nəfər (49,2 faiz) təşkil edib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31