Nikol Paşinyanın iqamətgahından xatirə sikkələr oğurlanıb

Ermənistanın baş naziri Nikol Paşinyanın iqamətgahından oğurluq olub. 

Bunu hökumət başçısı Aparatının istismar bölməsinin rəisi bildirib.

Onun sözlərinə görə, yanvarın 25-30 tarixi arasında baş nazirin paytaxt Yerevanın Baqramyan küçəsi 26 ünvanında yerləşən iqamətgahından xatirə sikkə oğurlanıb.

Hələlik kimlikləri müəyyənləşdirilməmiş oğru və ya oğrular Aparatın birinci korpusundan 4 xatirə sikkəsi aparıblar. Həmin sikkələr binanın 3-cü mərtəbəsindəki stenddə saxlanılırmış.

Polis hadisə ilə bağlı araşdırma aparır.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31