Türkiyədə Rusiya üçün yeni "Toyota" istehsal edilir
1 Fevral 2019 11:30 DünyaTürkiyədəki "Toyota" zavodunda Avropa və Rusiya bazarları üçün "Toyota Corolla" sedanlarının yığımına başlanılıb.
Konveyerin işə salınması mərasimində "Toyota Motor Europe"in menecerləri, yerli məmurlar və Türkiyənin vitse-prezidenti Fuad Oqtay iştirak ediblər.
Rusiya və Avropa ölkələri üçün modifikasiyalar ön hissənin dizaynı ilə universallar və hetçbeklərdən fərqlənəcək.
Həmçinin istehsal xəttində 115 at gücü ilə 1.2 l turbomühərrikli avtomobillər olmayacaq. Bunun əvəzinə 132 at gücündə 1.6 l atmosfer mühərrik quraşdırılacaq.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31