Dövlət Departamenti: "ABŞ, Rusiya və Çin arasında KXDR üzrə əməkdaşlıq üçün əsas var"

ABŞ, Rusiya və Çin arasında Koreya Xalq Demokratik Respublikasının (KXDR) denuklearizasiyası üzrə əməkdaşlıq üçün əsas var.

Bu barədə ABŞ-ın KXDR üzrə xüsusi nümayəndəsi Stiven Biqan Stendford Universitetində çıxışı zamanı bildirib.

Onun sözlətinə görə, son bir həftə ərzində onun komandası Vaşinqtonda Çindən və Rusiyadan olan nümayəndə heyətlərini qəbul edib: "Həm Çin, həm də Rusiya ilə Koreya yarımadasının denuklearizasiyası və yarımadada uzunmüddətli sülhün yaradılması üzrə əməkdaşlıq üçün əsas var".

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31