ABŞ-Çin ticarət danışıqlarının növbəti raundunun keçiriləcəyi yer bəlli oldu
1 Fevral 2019 11:03 DünyaABŞ-Çin ticarət danışıqlarının üçüncü raundu Çin Xalq Respublikasının paytaxtı Pekində keçiriləcək.
ABŞ tərəfdən danışıqlarda ölkənin ticarət danışıqlarında nümayəndəsi Robert Laythayzer və maliyyə naziri Stiven Mnuçin iştirak edəcəklər.
ABŞ prezidenti Donald Tramp bildirib: "ABŞ-ın nümayəndə heyəti fevralın ortalarında Pekinə gələcək və Çin tərəfi ilə məsləhətləşmələri davam etdirəcək".
D.Tramp yaxın zamanda Çin Xalq Respublikasının sədri Si Cinpin ilə görüşəcəklərinə və tarixi əhəmiyyəti olan ikitərəfli danışıqların real nəticələrini görəcəyinə ümid etdiyi bildirib.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31