Almaniya, Fransa və Böyük Britaniya İranla ticarət əlaqələrinin dəstəklənməsi üçün yeni şirkət yaradıb
1 Fevral 2019 10:59 DünyaAlmaniya, Fransa və Böyük Britaniya hökumətləri Avropa ölkələrinin ABŞ sanksiyalarına rəğmən İranla ticarət əlaqələrinin dəstəklənməsi üçün yeni şirkət yaradıb.
INSTEX şirkətinin mənzil-qərargahı Parisdə yerləşəcək və quruma bank sahəsində təcrübəsi olan Almaniya vətəndaşı rəhbərlik edəcək.
Şirkətin Müşahidə Şurasına britaniyalı rəhbərlik edəcək və hər üç ölkədən nümayəndə daxil olacaq.
Qeyd olunur ki, digər Avropa ölkələri də şirkətin Müşahidə Şurasına üzv olmaq üçün müraciət edə bilər.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31