Trampdan İranla bağlı GÖZLƏNİLMƏZ AÇIQLAMA: "ABŞ İran qarşısında zəif olmağı..."
ABŞ prezidenti Donald Tramp yeni tviti ilə gündəm olub. Prezident ABŞ Senatında yer alan Demokratlar Partiyasının liderlərindən Çak Şumeri və partiyanın digər üzvlərini hədəf alıb. Şumerin “FTB prezidenti Trampa İran mövzusunda dərs verməlidir” sözlərinə sərt reaksiya verən prezident demokratların İrana qarşı zəif və passiv olmağa heyran olduqlarını deyib.
1 Fevral 2019 10:38 DünyaABŞ prezidenti Donald Tramp yeni tviti ilə gündəm olub. Prezident ABŞ Senatında yer alan Demokratlar Partiyasının liderlərindən Çak Şumeri və partiyanın digər üzvlərini hədəf alıb.
Şumerin "FTB prezidenti Trampa İran mövzusunda dərs verməlidir" sözlərinə sərt reaksiya verən prezident demokratların İrana qarşı zəif və passiv olmağa heyran olduqlarını deyib.
"Şumer və demokratlar İranın ABŞ-a qarşı yaratdığı təhlükələrdən xəbərsizdirlər. Sanksiyalar və nüvə razılaşmasının ləğv edilməsi səbəbilə İran hazırda xaos içindədir. Demokratlar bizi səhv yerə qoyur, amma hələlik yaxşıdır",- Tramp bildirib. Publika.az