Poroşenkoya il ərzində 11 sui-qəsd təşkil edildi
31 Yanvar 2019 18:33 DünyaUkrayna Prezidenti Pyotr Poroşenkoya ötən il ərzində 11 sui-qəsd hazırlanıb.
Bu barədə Ukrayna Dövlət Mühafizəsi İdarəsinin rəhbəri Valeri Qeletey danışıb.
"2018-ci ildə təkcə prezidentə 11 sui-qəsd planlaşdırılıb", - Qeletey bildirib.
O, həmçinin rəhbərlik etdiyi idarənin Ukraynanın Təhlükəsizlik Xidməti, polis və kəşfiyyat orqanları ilə əməkdaşlıq etdiyini söyləyib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31