Türkiyə ilə eyni xəttə gələcəyik - Stavridis
31 Yanvar 2019 18:28 DünyaTürkiyə və ABŞ arasında strateji əməkdaşlıq NATO üçün mühüm əhəmiyyət kəsb edir.
Bu sözləri ABŞ-ın NATO Avropa Müttəfiq Qüvvələrinin keçmiş ali komandanı Ceyms Stavridis deyib.
"İki ölkə münasibətləri strateji əməkdaşlıq yolundadır. Zamanla eyni xəttə gələcəyimizə inanıram", - deyə Stavridis bildirib.
Keçmiş komandan onu da əlavə edib ki, iki ölkə arasında bəzi taktiki narahatlıqlar yaşanır.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31