Rəsmi Tokio Rusiyaya yaponlara məxsus mobil telefonların müsadirəsinə görə etirazını bildirib
31 Yanvar 2019 18:06 DünyaYaponiya Xarici İşlər Nazirliyi Cənubi-Kuril məhkəməsinin 2018-ci ilin iyulunda yapon məmurların və jurnalistlərin Kuril adalarının cənubuna səfəri zamanı onların mobil telefonlarının müsadirəsi barədə qəbul etdiyi qərara görə Rusiya tərəfinə etirazını bildirib.
Bu barədə NHK telekanalı yanvarın 31-də məlumat yayıb. Bildirilir ki, etiraz Yaponiyanın Moskvadakı səfirliyi vasitəsilə Rusiya Xarici İşlər nazirliyinə çatdırılıb.
Xatırladaq ki, 2018-ci ilin iyulunda Tokio Rusiyaya mobil telefonların müsadirəsinə görə etirazını bildirmişdi. Həmin vaxt mobil telefonlar Rusiyanın gömrük qaydalarının pozularaq ölkəyə keçirilməsinə görə müsadirə olunmuşdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31