Həbs edilən senatorun evindən 50 kiloqram qızıl çıxdı – Video

Dünən Sankt-Peterburqda həbs edilən "Qazprom"un törəmə müəssisəsinin baş direktorunun müşaviri Raul Araşukov və onun Moskvada həbs edilən oğlu, Qaraçay-Çərkəz Respublikasından olan senator Rauf Araşukovun evində aparılan ilkin axtarışın nəticələri məlum olub.

Mütəşəkkil cinayətkarlıqda təqsirləndirilən ata-oğulun Şimali Qafqaz Federal Dairəsində yerləşən 4 mülkündə axtarış aparılıb.

Təkcə mülklərin birindən 50 kiloqramdan artıq zərgərlik məmulatı aşkarlanıb. Həmçinin çoxlu qızıl külçələr, dollar, avro və rublda olan külli miqdarda nağd pul, o cümlədən müxtəlif silahlar protokollaşdırılaraq müsadirə edilib.

Yaxın zamanlarda müsadirə edilmiş bütün sərvətin Moskvaya çatdırılacağı, burada istintaqı aparılan cinayət işinə əlavə ediləcəyi bildirilib.

Teleqraf.com 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31