Poroşenkonu şoumen əvəz edəcək? – Sorğu
31 Yanvar 2019 17:18 DünyaUkrayna prezidentliyinə namizədlər arasındakı reytinqə şoumen Vladimir Zelenski rəhbərlik edib.
Bu nəticə Ukraynanın "Reytinq" şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Belə ki, Zelenskini respondentlərin 19%-i dəstəkləyib.
Ondan sonrakı yeri Baktivşina Partiyasının rəhbəri Yuliya Timoşenko tutub. Timoşenkonu dəstəkləyənlərin sayı 18,2% təşkil edib.
İlk üçlüyü hazırkı Prezident Pyotr Poroşenko (15,1%) qapadıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31