Yaponiya Kuril adalarını qaytara bilməyəcək - Lujkov
31 Yanvar 2019 14:15 Dünya"Yaponiya anlayır ki, şura sayəsində bu 4 adanı qaytarmağa müvəffəq olmayacaq".
"Yaponiya "müdrik adamlar şurası" sayəsində Kuril adalarını qaytara bilməyəcək və bunu da özləri yaxşı bilir".
Bu sözləri Moskvanın keçmiş meri Yuri Lujkov deyib.
Lujkov bu qənaətə 2000-ci ildə rus-yapon "müdrik adamlar şurası"nın fəaliyyətindən danışarkən gəlib. Bu şuraya Rusiya tərəfindən elə Lujkov rəhbərlik edib.
"Yaponiya anlayır ki, şura sayəsində bu 4 adanı qaytarmağa müvəffəq olmayacaq. Bu səbəbdən də rəsmi Tokio şuranı tərk etdi" , - Lujkov əlavə edib.
O vurğulayıb ki, şurada işləməyə yalnız bu adaların Yaponiyaya keçməyəcəyi təqdirdə razılaşıb və buna dair prezident Putindən təsdiq alıb.
AzNews.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31