Fransada atışma - Ölü və yaralılar var

Fransanın Korsika adasında bir şəxs iki nəfərə bıçaqla hücum edib.

Hadisə nəticəsində bir nəfər həlak olub, daha bir nəfər xəsarət alıb.

Daha sonra həmin şəxs odlu silahla yoldan keçənlərə atəş açmağa başlayıb. Bu hadisə nəticəsində isə 4 nəfər xəsarət alıb.

Qeyd olunur ki, polis hadisə yerinə gəldikdən sonra Jozef Orsoni adlı şəxs mənzillərin birində gizlənib. Bir müddət sonra o, odlu silahla intihar edib.

Polis müəyyən edib ki, münaqişəyə qonşunun iti səbəb olub.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31