Biz nüvə potensialımızı 88% azaltdıq, amma Rusiya... - ABŞ
31 Yanvar 2019 14:40 DünyaABŞ yeni nüvə silahının işlənilməsiylə məşğul olmur və bu sferada yeni hədəflərə can atmır.
Bunu Pekində nüvə beşliyinin iclasında çıxışı zamanı ABŞ Dövlət katibinin müavini Andrea Tomson deyib.
"ABŞ gərək müasir, elastik və dayanıqlı nüvə silahlarına sahib olsun. Bu o demək deyil ki, ABŞ yeni nüvə silahı yaradır və ya yeni nüvə hədəflərinə can atır. Bizim belə işlərlə əlaqəmiz yoxdur", - deyə o bildirib.
Onun sözlərinə görə, ABŞ Soyuq müharibə zamanından bu yana nüvə potensialını 88%-ni azaldıb:
"Bunun qarşılığında bəziləri öz nüvə potensiallarını bizdən fərqli olaraq artırıblar. Bəzi ölkələr silahlanmaya nəzarət üzərində öhdəliklərini pozur və yeni destabilizasiya yaradan silah sistemlərini inkişaf etdirirlər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31